Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən və “Baksol yolu” kimi tanınan yolda hərəkət sürücülər üçün ciddi sınağa çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, yolun həddindən artıq aşınması nəticəsində yaranan iri çuxurlar avtomobillərin hərəkətini tamamilə çətinləşdirib.
Sürücülər bildirirlər ki, onsuz da problemli olan yol intensiv yağışlardan sonra daha da keçilməz olub, yolda avtomobillər çuxurlara düşür, qəzalı vəziyyət yaranır:
“2-3 dəfə gəlib yamaq ediblər, amma yağış yağandan sonra yenə bu vəziyyətə düşüb. Dəfələrlə görmüşəm ki, burada maşının təkəri partlayıb”.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, yolun vəziyyəti ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Ərazidə yaxın zamanda əsaslı təmir-bərpa işləri aparılacaq.
Daha ətraflı “Xəzər Xəbər”in reportajında:
Bakı 




