• Bakı 11° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Həmin qız uşaq evinə yerləşdiriləcək

CƏMİYYƏT

05 Aprel 2026 | 17:21

Həmin qız uşaq evinə yerləşdiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları ailəsi ilə birgə yaşamaq istəməyən və sığınacağa yerləşmək istədiyini bildirən 13 yaşlı Gəncə şəhər sakininin mövcud vəziyyətini qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşları aidiyyəti qurumlarla birgə iş aparıb və uşaq sağlamlığı, həmçinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”, - deyə məlumatda qeyd edilib.

 


SON XƏBƏRLƏR