• Bakı 19° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Gecə saatlarında evinə çağırıb 3 bıçaq zərbəsi ilə öldürdü - Həmin qətlin detalları

HADİSƏ

05 Aprel 2026 | 16:21 | Müəllif: Subhan Mahmudov

Gecə saatlarında evinə çağırıb 3 bıçaq zərbəsi ilə öldürdü - Həmin qətlin detalları

Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Kür qəsəbəsində baş verən hadisə zamanı qətlə yetirilən 19 yaşlı Ramal Quliyevlə hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadə arasında qısqanclıq zəmnində mübahisə düşüb. 

Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb.

Bu zaman tərəflər arasında mübahisə başlayıb və yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub. R.Quliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırmalar davam edir./“Qafqazinfo”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026