q
  • Bakı 13° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Maşında yatdı, telefonu oğurlandı

HADİSƏ

05 May 2026 | 12:37

Maşında yatdı, telefonu oğurlandı

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, naməlum şəxs gecə saatlarında zərərçəkənin "Chevrolet" markalı avtomobilindən mobil telefonunu talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı İ.Eynullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənin sərxoş vəziyyətdə sükan arxasında yatmasından sui-istifadə edərək oğurluq əməlini həyata keçirib. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar aparılır. /oxu.az


SON XƏBƏRLƏR

04 May 2026