q
  • Bakı 14° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Öldürülən qonşu təcavüz edibmiş - MƏHKƏMƏ

HADİSƏ

05 May 2026 | 15:25

Öldürülən qonşu təcavüz edibmiş - MƏHKƏMƏ

Bakıda qonşularını qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Gülnar Müzəffərova dindirilib.

G.Müzəffərova bildirib ki, 2022-ci ilin dekabrında qonşusu ona təcavüz edib:

"Yoldaşım Rusiyaya işləməyə getmişdi. Ona dəfələrlə demişdim ki, hasar alçaqdır, ona bir əncam çək. Qonşum zirzəmidən keçib otağıma girmişdi. Elşən gəldi Rusiyadan və hər şeyi ona etiraf etdim.

Bir gün yoldaşım evdən çıxdı. Hara getdiyini soruşanda dedi ki, daş atmağa gedirəm. Hadisənin necə olması, baş verməsi barədə məlumatım yoxdur. Sonra yoldaşım gəldi, dedi ki, onu öldürmüşəm. Mən də şoka düşdüm. Atama-anama dedim. Yaxınlarıma səs atdım ki, halallıq verin, özümü öldürürəm. İplə özümü asıb öldürmək istəyirdim.

Onun öldürülüb basdırıldığı quyu da kanalizasiya üçün qazılmışdı. Mənim bu hadisədə heç bir günahım yoxdur".

Məhkəmənin növbəti iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.

İttihama görə, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları - 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və onun arvadı, 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.

Hər üç təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. /oxu.az


SON XƏBƏRLƏR