• Bakı 11° C

    9.76 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

“Çərşənbə axşamı, saat 20:00!”

DÜNYA

05 Aprel 2026 | 22:05

“Çərşənbə axşamı, saat 20:00!”

ABŞ Prezidenti Donald Tramp İrana qarşı irəli sürdüyü ultimatumun vaxtını növbəti dəfə dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında paylaşım edib.

Amerika lideri Tehran rejiminə Hörmüz boğazını tam açmaq və ya enerji infrastrukturunun məhv edilməsi ilə üzləşmək üçün çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00-a qədər vaxt verib.

“Çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00!”, – deyə Tramp qısa paylaşımında qeyd edib.

Xatırladaq ki, əvvəlki son tarix aprelin 6-sı, bazar ertəsi saat 20:00-da bitməli idi. Bu isə proses ərzində verilən növbəti uzadılmadır.

Məlumat üçün bildirək ki, martın 22-də ilkin olaraq 48 saatlıq vaxt verilmiş, daha sonra danışıqların gedişatına görə bu müddət əvvəlcə 5 gün, martın 26-da isə aprelin 6-na qədər daha 10 gün artırılmışdı.


SON XƏBƏRLƏR