• Bakı 11° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

ADSEA sədri kollektorun çökdüyü ərazidə olub - VİDEO

CƏMİYYƏT

05 Aprel 2026 | 18:20

ADSEA sədri kollektorun çökdüyü ərazidə olub - VİDEO

Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru  çökməyə məruz qalıb. 

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qəza baş verən ərazidə olub. 

ADSEA sədri yaranmış vəziyyətə yerində baxış keçirərək hadisənin daha tez, optimal və təhlükəsiz  şəraitdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. 

Qeyd edək ki, bir müddət əvvəl həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub. 

Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları  tapşırılıb. 

 


SON XƏBƏRLƏR