• Bakı 11° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

TƏCİLİ! Azərbaycan XİN-dən Rusiyaya XƏBƏRDARLIQ

SİYASƏT

05 Aprel 2026 | 18:16

TƏCİLİ! Azərbaycan XİN-dən Rusiyaya XƏBƏRDARLIQ

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın rəsmi şəxslərinin son açıqlamalarına münasibət bildirib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, Vladimir Putin və Nikol Paşinyan arasında aprelin 1-də Moskvada keçirilmiş görüş zamanı və sonrasında Rusiyanın rəsmi şəxsləri tərəfindən Azərbaycanın daxili işlərinə aid məsələlərə toxunulub.

Bununla əlaqədar diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiya məqsədilə istifadə edilməsinin qəbuledilməz olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və bu cür halların dayandırılması gözlənildiyi bildirilib.

Qeyd olunub ki, buna baxmayaraq, məsələ Rusiyanın rəsmi siyasi diskursunda davam edir. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” telekanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə toxunarkən Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı növbəti dəfə şərh verib.

XİN vurğulayıb ki, Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olması hər hansı dövlətin qərarına deyil, tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu reallıq İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri nəticəsində bir daha təsdiqlənib.

Bildirilib ki, Rusiya Federasiyası da daxil olmaqla heç bir dövlət heç vaxt Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.

Sonda qeyd edilib ki, Azərbaycanın suverenliyinə aid məsələlərin Rusiya-Ermənistan münasibətlərinin mürəkkəb olduğu hazırkı dövrdə ictimai müzakirə predmetinə çevrilməməsi gözlənilir.


SON XƏBƏRLƏR