• Bakı 11° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

İran daha 4 ABŞ təyyarəsini vurub

DÜNYA

05 Aprel 2026 | 16:27

İran daha 4 ABŞ təyyarəsini vurub

Bu gün İran İnqilab Keşikçiləri Korpusu bir amerikalı pilotun xilasetmə əməliyyatlarında iştirak edən dörd Amerika təyyarəsini vurduğunu iddia edib.

Bakıvaxtı.az “bfmtv.com”a istinadən xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, İsfahanın cənubuna daxil olan düşmən təyyarələri, o cümlədən iki “Black Hawk” helikopteri və iki “C-130” hərbi nəqliyyat təyyarəsi vurulub və hazırda alovlanır. Məlumata görə, Amerika xilasetmə əməliyyatı uğursuz olub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar günü zabitin hərbi əməliyyat zamanı sağ-salamat xilas edildiyini açıqlayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR