• Bakı 11° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Bu rayonlara SEL GƏLDİ - VİDEO

CƏMİYYƏT

05 Aprel 2026 | 19:11

Bu rayonlara SEL GƏLDİ - VİDEO

Aprelin 5-də bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba-Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə olunub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat verilib.

Monitorinqlərin nəticələrinə görə, Vəlvələçayda suyun səviyyəsi 97 sm, Qusarçayda 73 sm, Qudiyalçayda 22 sm, Qaraçayda isə 13 sm artıb. Sel hadisələri Quba rayonundan axan Quruçay, Ağçay, Qudiyalçay, Vəlvələçay və Karivats çaylarında, Qusar rayonunda Qusarçay, Hilçay, Yasabçay, Mucuqçay, Ləçətçay, Sudurçay və Gündüzqalaçayda, Siyəzən rayonunda Ataçay və Gilgilçayda, Şabran şəhəri ərazisində Dəvəçiçayda, Xaçmaz rayonunda isə Ağçay, Caqacuqçay və Qaraçayda qeydə alınıb.

Hazırda sel davam edir və vəziyyət tam nəzarətdə saxlanılır.

Monitorinqlər davam etdirilir, əhalinin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülür.

https://youtu.be/Fx38kyRiml8?si=YS-GhUFLgAqSDUgD


SON XƏBƏRLƏR