• Bakı 11° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - VİDEO

CƏMİYYƏT

05 Aprel 2026 | 17:17

ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılr.

Qaradağ rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zaman səviyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir - beton boru quraşdırıb.

Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.

Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan qəzalı, istisamara yararsız təxliyyə xətti Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib. Əraziyə yığılan yağış suları nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacaq.

Bağlar Sukanal İdarəsinin xidməti ərazisinə aid olan Məmmədli və Digah qəsəbələrinin əraziləri yağış sularından təmizlənir.

Suraxanı rayonu Zıg qəsəbəsi İdris Süleymanov küçəsində d200mm kanalizasiya xəttində yüklələnmə səbəbindəm tutulma baş verib və nəticədə yağış suyu ətrafa dolub. Suraxanı rayon sukanal idarəsinin əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsi tutulma açılıb və ətrafa toplanan yağış suyu kənarlaşdırılıb.


SON XƏBƏRLƏR