19-cu əsrdə rəssam Raja Ravi Varma tərəfindən çəkilmiş Hindu tanrısı Krişna və anasını təsvir edən rəsm əsəri hərracda 17,9 milyon dollara satılıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu, indiyə qədər satılan ən bahalı hind sənət əsəri olub. Mumbayda yerləşən “Saffronart” hərrac evi bildirib ki, bu rəsm əsəri həm də dünya miqyasında hərracda satılan ən bahalı əsər olub.

“Yaşda və Kruşna” adlanan bu rəsm əsərinin rəssamın yağlı boya ilə çəkilmiş misilsiz ustalığını və Hindu tanrılarının misilsiz naturalist təfsirini əks etdirdiyini vurğulayaraq, onu ən uğurlu əsərlərindən biri hesab edib .
“Times of India” qəzetinin məlumatına görə, sözügedən rəsm əsəri dünyanın ən böyük peyvənd istehsalçılarından biri olan hindli milyarder Sayrus Punavala tərəfindən əldə edilib. Qəzetin məlumatına görə, Punavala deyib:
“Bu milli xəzinə müntəzəm olaraq ictimaiyyətə nümayiş etdirilməyə layiqdir”.
Qeyd edək ki, 1848-ci ildə anadan olan Raja Ravi Varma rəsmlərində hind mifologiyası və Avropa realizmini uğurla birləşdirdiyinə görə heyranlıqla qarşılanır.
Aydın Baxış
Bakı 




