Nobel Sülh Mükafatı laureatı və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) keçmiş direktoru Məhəmməd əl-Baradei beynəlxalq ictimaiyyəti ABŞ prezidenti Donald Trampın "dəliliklərini" dayandırmağa çağırıb.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, o yazıb: "Körfəz hökumətlərindən, bir daha xahiş edirəm, Tramp bölgəni «barıt çəlləyinə » çevirməzdən əvvəl əlinizdən gələni edin".
Cənab Əl-Baradei Birləşmiş Millətlər Təşkilatı, Çin, Rusiya hökumətlərinə, Avropa Şurasına və Fransa prezidenti Emmanuel Makrona müraciət edərək bildirib :
"Bu dəliliyin qarşısını almaq üçün heç nə etmək mümkün deyil?!".
Qeyd edək ki, 83 yaşlı keçmiş Misir dövlət xadimi Məhəmməd Əl-Baradei 1997-ci ildən 2009-cu ilə qədər MAQATE-yə rəhbərlik edib və bu müddət ərzində İranla nüvə proqramı ilə bağlı çoxsaylı vacib danışıqlara rəhbərlik edib. O və təşkilatı 2005-ci ildə atom enerjisinin dinc məqsədlərlə istifadəsini təşviq etmək səylərinə görə birgə Nobel Sülh Mükafatına layiq görülüblər.
Aydın Baxış
Bakı 




