• Bakı 18° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Vahid Ələkbərovun şirkəti ilə bağlı həyəcan - 460 şirkət müflis ola bilər

DÜNYA

15 Sentyabr 2026 | 19:40 | Müəllif: Subhan Mahmudov

Vahid Ələkbərovun şirkəti ilə bağlı həyəcan - 460 şirkət müflis ola bilər

Rumıniyada “Lukoyl”a məxsus Petrotel neft emalı zavodunun fəaliyyətinin bərpa edilməməsi halında təxminən 460 şirkətin müflis ola biləcəyi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniya həmkarlar ittifaqları konfederasiyası Cartel Alfanın rəhbəri Xossu bildirib. Onun sözlərinə görə, müəssisələrin kütləvi şəkildə bağlanması nəticəsində təxminən 8 min nəfər işsiz qala bilər.

Petrotel zavodu Rumıniyada emal olunan neftin təxminən 21 faizini təmin edir. Müəssisənin fəaliyyəti ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən faktiki olaraq dayanıb. Hazırda zavodda və Rumıniyadakı 300 “Lukoyl” yanacaqdoldurma məntəqəsində ümumilikdə 3,5 minə yaxın insan çalışır.

“Lukoyl”un əsas səhmdarlarından və uzun illər şirkətə rəhbərlik edən şəxslərdən biri Vahid Ələkbərovdur. Şirkətin Rumıniyadakı fəaliyyətinin dayanmasının ölkənin neft emalı və yanacaq bazarına, eləcə də yüzlərlə yerli şirkətə təsir göstərə biləcəyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026