• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Türkiyə Suriyada bu əməliyyata dəstək verəcək? – RƏSMİ

DÜNYA

31 Dekabr 2025 | 15:06 | Müəllif: Subhan Mahmudov

Türkiyə Suriyada bu əməliyyata dəstək verəcək? – RƏSMİ

Türkiyə "Tək dövlət, tək ordu" prinsipinə uyğun olaraq Suriya hökuməti ilə sıx əməkdaşlığı davam etdirir və PKK-nın qolu olan SDQ-nin Suriya ordusuna inteqrasiya prosesini də yaxından izləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

“Daha əvvəl də vurğuladığımız kimi, SDQ-nin bu mövqeyi Suriyanın ərazi bütövlüyü və sabitliyinə zərər verir. Suriya hökuməti öz birliyi və bütövlüyü üçün təşəbbüs göstərməyə qərar verərsə, Türkiyə buna dəstək verəcək", - bəyanatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Suriya hökumətinin SDQ-yə qarşı əməliyyata başlayacağı barədə məlumat yayılmışdı. Əməliyyatda Türkiyənin də dəstək verəcəyi qeyd olunub./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026