• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Şoyqu: Moskva və Bakı ikitərəfli münasibətlərdəki böhranı aradan qaldırıb

SİYASƏT

17 Sentyabr 2026 | 14:31 | Müəllif: Gülşən Şərif

Şoyqu: Moskva və Bakı ikitərəfli münasibətlərdəki böhranı aradan qaldırıb

Moskva və Bakı münasibətlərdəki böhranı aradan qaldırıb, növbəti addım ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Təhlükəsizlik Şurasının nümayəndələrinin müşavirəsində bildirib.

"Məmnuniyyətlə qeyd edirik ki, Moskva və Bakının birgə səyləri nəticəsində ikitərəfli əlaqələrdəki son böhran dövrü aradan qaldırılıb. İndi əsas məqsəd Rusiya-Azərbaycan əməkdaşlığının liderlərin əldə etdiyi razılaşmalara uyğun olaraq davamlı şəkildə inkişaf etdirilməsidir", - o qeyd edib.

Şoyqunun sözlərinə görə, Rusiya və Azərbaycan münasibətləri ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də daxil olmaqla ikitərəfli müqavilə-hüquq bazası, eləcə də mehriban qonşuluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026