• Bakı 16° C

    10.73 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Siyəzəndə itkin düşən şəxsin meyiti tapıldı

HADİSƏ

19 Oktyabr 2023 | 21:11 | Müəllif: Subhan Mahmudov

Siyəzəndə itkin düşən şəxsin meyiti tapıldı

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində meyiti aşkarlanan 23 yaşlı Rafael Ramazanovun itkin düşdüyü məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, o, mayın 12-də səhər saatlarında yaşadığı Quba rayonunun Söhüb kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Onun cəsədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsində müayinə edilib. Mərhumun hansı səbəbdən ölməsi araşdırılır.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalar davam etdirilir./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR