• Bakı 14° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlandı

HADİSƏ

18 Noyabr 2023 | 10:19

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 1 ədəd tapança, 22 ədəd alışdırıcısı, 5 patron darağı, 346 ədəd müxtəlif çaplı patron və 16 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 1 ədəd avtomat, 8 ov tüfəngi, 16 patron və 2 patron darağı aşkar edilərək götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR