• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Sərhəddə ATƏŞ AÇILDI:  Narkotik keçirmək istəyənlər İrana qaçdılar - FOTO

HADİSƏ

22 Iyun 2023 | 13:17 | Müəllif: Qalib İbrahimoğlu

Sərhəddə ATƏŞ AÇILDI: Narkotik keçirmək istəyənlər İrana qaçdılar - FOTO

İyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Verilən məlumata görə, sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq məqsədilə silah tətbiq edilib. Sərhəd pozucuları üzərindəki bağlamaları atıb, relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Ərazidə aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kq 760 qram narkotik vasitə (10 kq 705 qram marixuana, 2 kq 55 qram tiryək) aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Sərhəddə ATƏŞ AÇILDI: Narkotik keçirmək istəyənlər İrana qaçdılar - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR