• Bakı 18° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Bakıda avtobus yandı - YENİLƏNİB

HADİSƏ

21 Iyul 2023 | 14:59

Bakıda avtobus yandı - YENİLƏNİB

Bakıda sərnişin avtobusu yanıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alovlanaraq yanıb.

Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

 

13:55

Bakı şəhərində 46 nömrəli sərnişin avtobusunda yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görülür.

Aldığımız məlumata görə, yanğın zamanı avtobusun içərisində sərnişin olmayıb. Sərnişinlər vaxtında təxliyə olunublar.

Yanıq xəsarəti ilə bağlı məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026