• Bakı 13° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Rusiya səfirliyindən yanğında ölənlərlə bağlı BAŞSAĞLIĞI

HADİSƏ

15 Yanvar 2024 | 19:11 | Müəllif: Subhan Mahmudov

Rusiya səfirliyindən yanğında ölənlərlə bağlı BAŞSAĞLIĞI

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib.

"Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda qeyd edilib.

Xatırladaq ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026