• Bakı 14° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Darmadağın edilən erməni postunun görüntüləri yayılıb - VİDEO

HADİSƏ

14 Fevral 2024 | 11:11

Darmadağın edilən erməni postunun görüntüləri yayılıb - VİDEO

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib.

DSX-nın keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

    Bakıvaxtı.az APA-ya istnadən xəbər verir ki, Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postunun görüntüsünü təqdim edir.

    Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.

    Ermənistan tərəfi 4 hərbçisinin öldüyü, birinin yaralandığı barədə məlumat yayıb.

    Əlavə edək ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində DSX-nın əsgəri yaralanıb, vəziyyəti kafidir, müalicəsi davam etdirilir.

     

    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR