• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Neft-kimya zavodunun rəhbər vəzifəli şəxsləri HƏBS OLUNDU

HADİSƏ

07 Oktyabr 2024 | 10:30

Neft-kimya zavodunun rəhbər vəzifəli şəxsləri HƏBS OLUNDU

İranın Abadan şəhərində yerləşən “Abadan Petrochemical” neft-kimya zavodunun 9 rəhbər vəzifəli şəxsi və əməkdaşı həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Mehr” informasiya agentliyi yayıb.

Onların kimliyi və tutduğu vəzifə, ittihamın detalları barədə məlumat verilməyib.

Bildirilib ki, prokurorluq şəhərdə müxtəlif ittihamlarla bağlı tədbirlər həyata keçirir. Bir müddət əvvəl zavodda korrupsiya qalmaqalı “İran tarixindəki ən böyük fırıldaqçılıq” adlandırılmışdı. Həmin cinayət işi üzrə əsas ittiham neft-kimya ixracından gələn valyutanın bölüşdürülməsi “neft-kimya sektorunda makroiqtisadi pozuntularda iştirak etmək və ona yardım etmək” olmuşdu.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026