• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Maşın idarəetmədən çıxıb səddə çırpıldı - Xəsarət alan var - VİDEO

HADİSƏ

28 Fevral 2026 | 22:43 | Müəllif: Subhan Mahmudov

Maşın idarəetmədən çıxıb səddə çırpıldı - Xəsarət alan var - VİDEO

Hacıqabul rayonu, Nəvai kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “FORD” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dəmir səddə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və avtomobilin sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş, Nuriyev Murad Yasəf oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026