Bu zərbələr yeni əldə edilmiş atəşkəsin davamlılığına birbaşa təhlükə yaradır. Atəşkəs tam olaraq Livana şamil edilməlidir".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron sosial media hesabında yazıb.
O, İsrailin Livana son hücumlarını pisləyərək, Yaxın Şərqdə atəşkəsin tam şəkildə təmin edilməli olduğunu vurğulayıb.
"Fransa İsrailin Livana qarşı hücumlarını ən sərt şəkildə pisləyir. Bu hücumlar çox sayda mülki şəxsin ölümünə səbəb olub. Ümid edirəm ki, atəşkəs rejiminə münaqişənin bütün sahələrində, o cümlədən Livanda müharibə aparan tərəflərin hər biri tərəfindən tam şəkildə riayət olunacaq", - deyə Makron yazıb.
Gülşən Şərif
Bakı 




