Türkiyənin Daxili İşlər Nazirliyi bazar və məhəllə mühafizəçilərinin iş qaydalarında dəyişiklik edib.
Bakıvaxtı.az xəbər verir ki, həftəlik iş saatları əsasən 40 saat müəyyən olunub, zərurət yarandıqda qubernatorun təsdiqi ilə 56 saata qədər artırıla bilər.
Məlumata görə, gündəlik iş saatları gün batımından gün çıxana qədər davam edəcək, fövqəladə hallarda isə nazirin təsdiqi ilə əlavə iş tələb oluna bilər.
Nəqliyyat patrulları ümumi hüquq-mühafizə orqanlarının nəzarəti altında fəaliyyət göstərəcək, patrullar ən azı iki nəfərdən ibarət olacaq.
Bildirilib ki, təhlükəsizlik işçiləri yalnız kifayət qədər şübhə olduqda şəxsləri fiziki yoxlaya bilər, nəqliyyat vasitələrinin axtarışı isə qadağandır.
Əli Hüseynov
Bakı 




