• Bakı 10° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub

CƏMİYYƏT

09 Aprel 2026 | 12:54

Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub

Azad edilən ərazilərə köçürülmüş sakinlərdən ötən dövrdə 800-dək sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.

Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması ilə bağlı bacarıqlar öyrədilir.

Təlimləri bitirdikdən sonra isə onlara biznes planlarına uyğun aktivlər verilir.


SON XƏBƏRLƏR