• Bakı 10° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Bakıda 1,5 kilometrlik yolda 25-ə yaxın çuxur yaranıb - VİDEO

CƏMİYYƏT

09 Aprel 2026 | 12:26

Bakıda 1,5 kilometrlik yolda 25-ə yaxın çuxur yaranıb - VİDEO

Hövsan qəsəbəsində yerləşən avtomobil yolunda yağıntılardan sonra çoxsaylı çuxurlar yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Tural Yusifov sosial şəbəkə hesabında video paylaşıb.

O bildirib ki, “MİDA yolu” kimi tanınan ərazidən Aeroport şosesi istiqamətində hərəkət zamanı yolun cəmi 1,5 kilometrlik hissəsində 25-ə yaxın çuxur müşahidə olunur.

Jurnalistin sözlərinə görə, yol örtüyünün bu vəziyyəti ciddi narahatlıq doğurur:

“Bu yol cəmi 1,5 kilometrdir. Bu qısa məsafədə 25-ə yaxın çala yaranıb. Göydən nə yağır ki, asfalt bu vəziyyətə düşür? Üstəlik, yolda aparılan yama işlərində də standartlara əməl olunmayıb.”


SON XƏBƏRLƏR