q
  • Bakı 22° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Elmar Qasımov: “Baytar həkimlərinə böyük ehtiyac var”

CƏMİYYƏT

09 May 2026 | 10:57

Elmar Qasımov: “Baytar həkimlərinə böyük ehtiyac var”

“İnsanlarımız daha çox populyar ixtisaslara üstünlük verirlər. Əslində isə bu gün baytarlıq sahəsində ciddi ehtiyac var. İngiltərədə baytarlıq ixtisasının təhsil haqqı cərrahiyyə ixtisasından daha yüksəkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Elmar Qasımov səsləndirib.

O bildirib ki, bəzi vacib sahələrin populyarlaşdırılmasına ehtiyac var:

“Baytar həkimliyi ixtisasını populyarlaşdırsaq, insanlar da həmin sahəyə yönələr. Müəllimlərimizdən biri mənə müraciət etdi ki, icazə verin, həkimə gedəcəyəm. Soruşdum ki, nə problemi var? Dedi, pişiyinin problemi yaranıb. Bildirdi ki, bir ay əvvəl baytar həkiminin qəbuluna yazılıb və yalnız indi növbəsi çatıb.

Bu da onu göstərir ki, hazırda baytar həkimlərinə ciddi tələbat var. Onların həm nüfuzu, həm də qazancı yüksəkdir. Bu gün baytarlıqla yanaşı, aqronomluq və zootexniklik sahələrinə də böyük ehtiyac duyulur. Sadəcə, bu peşələri daha cəlbedici və tanınan etmək lazımdır”.

Aydın


SON XƏBƏRLƏR

08 May 2026