2013-cü ildə Sierra Nevadada bir cütlüyün hər gün gəzdiyi yolda tapdığı 10 milyon dollarlıq qızıl sirli "10 addım" detalı ilə yenidən gündəmə gəlib. İllərlə üstündən basıb keçdikləri paslı qutuların arxasındakı sirr pərdəsi xəzinə ovçularını təkrar həyəcanlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, Kaliforniyada yaşayan Con və Meri cütlüyü üçün 2013-cü ilin fevral ayı iqtisadi çətinliklər və evlərini itirmək qorxusu altında keçir. Cütlüyün Sierra Nevada ətəklərindəki ərazilərində hər gün etdikləri o adi gəzinti Amerika tarixinin ən böyük numizmatik kəşflərindən birinə yol açır. İllərdir yanından keçdikləri paslı tənəkə qutu və qəribə formalı qaya əslində yüzillik sərvətin işarəsi imiş.
Gəzinti zamanı Merinin gözünə sataşan və Conun bir odun parçası ilə torpaqdan çıxardığı ilk qutu ağırlığı ilə cütlüyü təəccübləndirir. Evə gedib paslı qapağı güclə açdıqda, içindən çıxan 20 dollarlıq qızıl sikkə hər şeyi dəyişdir. Bölgədə aparılan qazıntılar nəticəsində, cəmi 1427 ədəd qızıl sikkədən ibarət səkkiz qutu aşkar edilir.
Cütlüyün daha əvvəl fərq etdiyi "bucaqlı qaya" ilə "ağacdan asılmış paslı qutu" əslində bir növ xəritə idi. Qayadan Şimal Ulduzuna doğru atılan tam 10 addım birbaşa dəfinənin mərkəzinə aparırdı.
"Saddle Ridge Definesi" adlandırılan bu xəzinədəki ən dəyərli parça 1 milyon dollar dəyərində olan və üzərində "In God We Trust" ifadəsi olmayan 1866-cı il istehsalı qızıl sikkə oldu.
Bəzi tədqiqatçılar qızılların 1901-ci ildəki San-Fransisko Zərbxanası soyğununa aid olduğunu iddia etdilər. Lakin ekspert rəyləri sikkələrin müxtəlifliyinin və vəziyyətinin zərbxana qeydləri ilə uyğun gəlmədiyini sübut etdi.
Yalnız qızılın çəkisinə görə dəyəri təxminən 1.8 milyon dollar olan, lakin numizmatik (kolleksiya) dəyəri 10 milyon dolları aşan bu möhtəşəm kolleksiya maliyyə uçurumunun kənarındakı bir cütlüyün həyatını dəyişdirdi, Amerika tarixinin ən sirli səhifələrindən biri kimi qeydlərə keçdi.
Bakı 




