q
  • Bakı 19° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Bu kənd müharibə istəyir? - Paşinyan...

DÜNYA

09 May 2026 | 00:13

Bu kənd müharibə istəyir? - Paşinyan...

Ermənistan Baş naziri Nikol Paşinyan 8 mayda Zəngəzur bölgəsinin Laçınla sərhəddə yerləşən Dığ (Teq) kəndində olub.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan kənddə təsadüfi rastlaşdığı bir gəncə Ermənistanın 29,7 kv.km-lik ərazisini əks etdirən döş nişanı təqdim edib. Gənc isə onu götürməkdən imtina edib.

Gənc bildirib ki, bu, “kiçik xəritədir”. Həmçinin deyib ki, Zəngəzurun da “itirilməsi riski” ola bilər:

“Görürsünüz, cənab Paşinyan, mən çirk içindəyəm, evlər tikirəm. Tikintiyə davam edim, yoxsa nə vaxtsa başqa bir şey ola bilər (yəni Zəngəzur Azərbaycana verilə bilər - red.)?”

Paşinyan isə qeyd edib ki, o, həqiqətən Zəngəzuru itirməkdən narahat olsaydı, tikintiyə heç başlamazdı:

“Evlər tikməyə nə vaxt başladınız? Xəritə böyük olanda niyə bunu etmədiniz?” deyə Paşinyan Qarabağın işğal altında olduğu dönəmdə tikintiyə cəsarət etmədiklərinə işarə vurub.

Daha sonra dialoq bu cür davam edib:

Gənc: - Baxın, bu, sadəcə eybəcərdir. Siz bu xəritəni tutub hamımıza deyirsiniz: biz bütün bunlara uyğunlaşmalıyıq.

Paşinyan: - Bəli, biz buna uyğunlaşmalıyıq, çünki bunlar Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləridir.

Göründüyü kimi, tam sərhədimizdə yaşayan gənc ermənilər müharibəyə və işğala can atırlar.


SON XƏBƏRLƏR

08 May 2026