• Bakı 10° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edildi

İQTİSADİYYAT

09 Aprel 2026 | 12:46

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edildi

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniyanın BiWE təşkilatının (Baden-Württemberg International Education) İdarə Heyətinin sədri və “Südwestmetall” Sənaye İşəgötürənləri Təşkilatının siyasət, təhsil və əmək bazarı üzrə icraçı direktoru Stefan Küpper ilə görüşüb.

Görüşdə Almaniya ilə iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyi, bu istiqamətdə Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın Şərq Biznes Assosiasiyası ilə imzalanmış Yol Xəritəsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı ölkəmizin iqtisadi prioritetləri, insan resurslarının inkişafı istiqamətində həyata keçirilən layihə və proqramlar barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində Peşə Təhsili Mərkəzinin fəaliyyəti barədə məlumat verilib və sənaye sahəsində ixtisaslı kadr hazırlığı üzrə birgə fəaliyyət imkanları qeyd olunub.

Tərəflər Azərbaycanda insan kapitalı, müxtəlif iqtisadi sahələr üzrə kadr potensialına olan tələbatın qarşılanması üçün peşə təhsilinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR