• Bakı 11° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Cinayət Məcəlləsinə yeni terminlər ƏLAVƏ OLUNUR

SİYASƏT

09 Aprel 2026 | 11:17

Cinayət Məcəlləsinə yeni terminlər ƏLAVƏ OLUNUR

Milli Məclisdə Cinayət və Cinayət-Prosessual Məcəllələrinə edilən dəyişiklik layihəsinin ikinci oxunuşu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, layihəyə əsasən, Cinayət Məcəlləsində “kompüter sistemi” ifadəsi “İKT sistemi”, “kompüter məlumatları” isə “elektron verilənlər” terminləri ilə əvəz ediləcək. Həmçinin “trafik verilənləri”, “abunəçi məlumatları”, “məzmum verilənləri” və “xidmət provayderi” kimi yeni anlayışlar qanunvericiliyə əlavə olunur.

Cinayət-Prosessual Məcəlləyə edilən əlavələr elektron sübutların toplanması, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarını tam hüquqi çərçivəyə salır. Məhkəmə və prokurorluq arasındakı sənəd dövriyyəsi isə “Elektron məhkəmə” və “Elektron prokurorluq” sistemləri vasitəsilə gücləndirilmiş elektron imza ilə həyata keçiriləcək.

Layihə həmçinin “Məhkəməyədək icraatın elektron qaydada aparılması” və “Məhkəmə icraatının elektron qaydada aparılması” kimi yeni maddələri də əhatə edir.

İkinci oxunuşun keçirilməsi ilə dəyişikliklərin qanunvericilikdə rəsmiləşməsi gözlənilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Aprel 2026