• Bakı 20° C

    5.85 m/s

XİN Azərbaycan xalqını təbrik etdi

SİYASƏT

09 May 2026 | 09:07 | Müəllif: Əli Hüseynov

XİN Azərbaycan xalqını təbrik etdi

Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında paylaşım olunub.

"Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik.

Azərbaycan xalqı İkinci Dünya Müharibəsi zamanı böyük fədakarlıq nümayiş etdirib və həm ön cəbhədə, həm də arxa cəbhədə faşizm üzərində qələbəyə mühüm töhfə verib.

Müharibə zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsini yad edir, veteranlarımıza möhkəm cansağlığı və uzun ömür arzulayırıq", - paylaşımda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026