• Bakı 10° C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Uşaqlar işləməlidirmi? - Ekspertdən DİQQƏTÇƏKƏN AÇIQLAMA

CƏMİYYƏT

09 Aprel 2026 | 17:11

Uşaqlar işləməlidirmi? - Ekspertdən DİQQƏTÇƏKƏN AÇIQLAMA

Məlumdur ki, bəzi uşaqlar iqtisadi səbəblərə görə işləməyə məcbur qalırlar. Bu, onların təhsil və psixoloji inkişafına mənfi təsir göstərir. Bu kontekstdə cəmiyyətin və dövlətin dəstəyi uşaqların hüquqlarının qorunmasında önəmlidir.

Maraqlıdır ki, uşaq işçiliyi ilə mübarizə aparmaq üçün cəmiyyət və dövlət hansı tədbirləri görməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, məktəb yaşlı uşaq hər hansı bir müəssisədə (fərqi yoxdur bu müəssisə xidmət sahəsinə aid olsun, və ya istehsalatla bağlı olsun) tam iş günü tələbləri çərçivəsində işləyirsə, bu, yolverilməzdir:

"Bu məsələ cəmiyyətimiz üçün çox önəmlidir. Azərbaycan bu sahədə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Eyni zamanda ölkəmizdə "Uşaq hüquqları haqqında" qanun və "Əmək Məcəlləsi" uşaqların əməyini müvafiq qaydada tənzimləyir. Qanunlara görə, müəyyən yaşdan aşağı uşaqların işlədilməsi qadağandır, lakin 15–18 yaş arası yeniyetmələrin yüngül, təhlükəsiz işlərlə çalışması mümkündür. Bütün hallarda yeniyetmələrin əməyinin qanunsuz istismarına yol vermək olmaz".

Fikrət Yusifov: Uşaqlar əmək fəaliyyəti ilə nə qədər erkən yaşlarından məşğul olmağa başlasa...

 Müsahibimiz bildirib ki, lakin bu sırada bəzi məqamları xüsusi qeyd etmək lazımdır. Dediyinə görə, təcrübə göstərir ki, uşaqlar əmək fəaliyyəti ilə nə qədər erkən yaşlarından məşğul olmağa başlayırlarsa (zərərli, ağır və təhlükəli işlərdə çalışmamaq şərti ilə), əldə etdikləri təcrübə sonradan onlara öz həyatlarının növbəti mərhəlləsində çox kömək edir:

“Bu dediklərimizə dair çoxsaylı nümunələr var. Ona görə də uşaqların erkən yaşlarından əmək vərdişlərinə yiyələnməsinə qarşı olmaq lazım deyil. Məsələn, uşaqların yay tətili dövründə hansısa bir ictimai iaşə müəssisəsində, yaxud adi bir ticarət və ya istehsalat müəssisəsində gündə bir neçə saat çalışmaları normal sayılmalıdır. Yaponiyada məktəblərdə ibtidai təhsil dövründə uşaqlara adi işləri necə görməyi öyrədirlər", - deyə Fikrət Yusiofv qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR