q
  • Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

CƏMİYYƏT

09 May 2026 | 13:11

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə AzərEnerji ASC tərəfindən silsilə tədbirlər təşkil olunub.

Bakıvaxtı.az-ın xəbərinnə görə, tədbirlər çərçivəsində energetiklər əvvəlcə 220 kV-luq “Ağdaş” yarımstansiyası, eləcə də tikintisi artıq yekunlaşan “Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçiriblər.

Qeyd edilib ki, yeni tikilən “Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində ağac əkilməsinə bir müddət əvvəl başlanılıb və son aksiya günü də daxil olmaqla ümumilikdə 10 minə yaxın ağac əkilib.

Ağacəkmə aksiyası Ulu Öndər Heydər Əliyevin ölkədə ekologiyanın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına və yaşıllıqların artırılmasına verdiyi böyük önəmin ehtiramla yad edilməsi məqsədi daşıyıb. Bununla yanaşı, tədbirin əsas məqsədinin ekoloji mədəniyyətin təbliği, təbiətə qayğı hissinin aşılanması və Ümummilli Liderin formalaşdırdığı ənənələrin yaşadılması olduğu vurğulanıb.

Aksiyadan sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən Azərbaycan İstilik Elektrik Stansiyasınin akt zalında geniş tədbir keçirilib. Tədbirdə Ümummilli Liderin elektroenergetika sahəsindəki misilsiz xidmətlərindən bəhs edən “Müasir Azərbaycan energetikasının banisi” adlı film nümayiş olunub.

Çıxışlarda bildirilib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra ölkənin enerji sistemi mərhələli şəkildə kənar asılılıqdan çıxarılıb, enerji müstəqilliyi və təhlükəsizliyinin möhkəm təməli qoyulub. Həmçinin qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər elektroenergetika sahəsinin inkişafı üçün taleyüklü qərarlar qəbul edərək Azərbaycanın enerji potensialının gücləndirilməsində müstəsna rol oynayıb.


SON XƏBƏRLƏR

08 May 2026