q
  • Bakı 19° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Bakı-Xankəndi marşrutu üzrə gündəlik qatar marşrutu istifadəyə veriləcək

CƏMİYYƏT

08 May 2026 | 22:21

Bakı-Xankəndi marşrutu üzrə gündəlik qatar marşrutu istifadəyə veriləcək

Bu aydan etibarən Bakı-Ağdam qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq və infrastruktur quruculuğundan sonra yolun tam təhlükəsiz şəkildə istismara verilməsi nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və "Azərtac"a müsahibəsi zamanı deyib.

“Bundan əlavə, şimal istiqamətində elektrik və işarəvermə işləri bitdikdən sonra sərnişindaşıma coğrafiyamızın regionlararası istiqamətdə daha da genişləndirilməsi üçün gündəlik qatar marşrutunun açılması, eləcə də Bakı-Xankəndi gündəlik qatar marşrutunun istifadəyə verilməsi və digər regionlar istiqamətində qatarların coğrafiyasının genişləndirilməsi, qatarların sayının artırılması nəzərdə tutulub”, - deyə ADY sədri bildirib.


SON XƏBƏRLƏR

08 May 2026