q
  • Bakı 19° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb - Rubio

DÜNYA

08 May 2026 | 18:20

Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb - Rubio

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar hazırda “dalana dirənib”, lakin ABŞ yenə də hərbi əməliyyatlara son qoymaq üçün vasitəçi rolunu oynamağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio cümə günü İtaliyaya səfəri zamanı jurnalistlərə bildirib. “Göstərilən səylər hazırda “dalana dirənib”, lakin vəziyyət dəyişərsə, biz bu məsələni həll etməyə həmişə hazırıq”, - deyə o vurğulayıb.

Rubionun sözlərinə görə, Vaşinqton bu səylər məhsuldar olacağı təqdirdə vasitəçi rolu oynamağa hazırdır. Dövlət katibi əlavə edib ki, ABŞ vaxtını və enerjisini boş yerə irəliləyiş gətirməyən səylərə sərf etmək istəmir.


SON XƏBƏRLƏR

08 May 2026