Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Biləcəri stansiyasından Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.
Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
***
09:24
Bu gün Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.
Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Bakı 




