q
  • Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Restorandan çıxarkən vuruldu: Zaqatalada güllələnmə

HADİSƏ

09 May 2026 | 09:08

Restorandan çıxarkən vuruldu: Zaqatalada güllələnmə

Zaqatalada güllələnmə hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndi ərazisində yerləşən restoranlardan birinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.


SON XƏBƏRLƏR

08 May 2026