• Bakı 20° C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

"Aqroservis" ASC-nin əməkdaşı həbs edildi

HADİSƏ

06 Iyun 2026 | 18:56

Aqroservis ASC-nin əməkdaşı həbs edildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəndalı Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Qənbərov 5 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İttihama görə, hadisə ötən il iyunun 25-də Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində baş verib. Rayon sakini Bəndalı Qurbanov KIA markalı avtomobillə qarşıda gedən "Opel" markalı avtomobili ötmək istəyərkən idarəetməni itirib və həmin avtomobillə yanaşı "Mercedes-Benz" markalı maşınla da toqquşub. Hadisə nəticəsində KIA-nın sərnişini Elçin Süleymanov, "Mercedes-Benz"də olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun Qurbanov və 1991-ci il təvəllüdlü Nicat Qurbanov həlak olublar. Hadisə nəticəsində xəsarətlər alan B.Qənbərov xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, qəzada təqsirləndirilən B.Qənbərov "Aqroservis" ASC-nin Füzuli rayon şöbəsinin əməkdaşı olub.


SON XƏBƏRLƏR

05 Iyun 2026