• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

35 yaşlı kişi sirkə turşusundan zəhərlənib öldü

HADİSƏ

06 Iyun 2026 | 23:52 | Müəllif: Əli Hüseynov

35 yaşlı kişi sirkə turşusundan zəhərlənib öldü

Beyləqanda sirkə turşusundan zəhərlənmə faktı ölümlə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Akif Cavadov küçəsində qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Zahid oğlu Quliyev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, S.Quliyev rayonda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində operator vəzifəsində çalışıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 05.06.2026-cı il tarixində saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 1991-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilib.

Pasiyent dərhal Reanimasiya və intensiv terapiya şöbəsində yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq  06.06.2026-cı il tarixində saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026