• Bakı 20° C

    6.25 m/s

Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

SİYASƏT

09 Aprel 2026 | 15:24 | Müəllif: Əli Hüseynov

Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İnqa Ruqiniene “X”-də paylaşım edib.

    “Litva və Azərbaycan müstəqilliyin bərpası uğrunda mübarizə dövründə xalqlarımızın bir-birinə dəstək göstərməsi ilə yadda qalan həmrəylik tarixini bölüşür. Bu gün tərəfdaşlığımızı bir çox sahələr üzrə gücləndirmək və əlaqələri genişləndirmək üçün aydın imkanlar görürük. Bu da hər iki ölkənin xeyrinədir. Bu mövzuda spiker Sahibə Qafarova ilə səmərəli müzakirə apardıq”, - deyə Litva Baş naziri qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Oktyabr 2026