• Bakı 10° C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Bu dərmanları qətiyyən ALMAYIN

CƏMİYYƏT

09 Aprel 2026 | 17:59

Bu dərmanları qətiyyən ALMAYIN

Antidepresantların və ishala qarşı dərmanların uzunmüddətli istifadəsi ölüm riski yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçılar bu nəticəyə 650 mindən çox pasiyentin məlumatlarını analiz etdikdən sonra gəliblər.

Alimlər təxminən 20 il ərzində yetkin pasiyentlərin elektron tibbi qeydlərini öyrəniblər. Analizə həm qıcıqlanmış bağırsaq sindromunun müalicəsi üçün xüsusi təsdiqlənmiş dərmanlar, həm də praktikada geniş istifadə olunan vasitələr antidepressantlar, spazmolitiklər və ishal əleyhinə preparatlar daxil edilib.

Bu yanaşma klinik sınaqlardan kənarda qalan uzunmüddətli təsirləri qiymətləndirməyə imkan verib.

Nəticələr göstərib ki, antidepressantların uzunmüddətli istifadəsi ölüm riskini təxminən 35 faiz artırıb.

İshal əleyhinə dərmanlar, o cümlədən "Loperamide" və "Diphenoxylate" qəbul edən qrupda ölüm riski təxminən iki dəfə yüksək olub.

Bununla yanaşı, digər müalicə üsullarında, o cümlədən spazmolitiklərdə belə bir hal aşkar edilməyib.

Müəlliflər vurğulayıblar ki, araşdırma dərmanların ölümə birbaşa səbəb olduğunu sübut etmir. Artan risk pasiyentlərin ümumi sağlamlıq vəziyyəti, xəstəliyin ağırlığı və yanaşı xəstəliklərlə bağlı ola bilər.

Xüsusilə ürək-damar fəsadları və insultların mümkün rolu qeyd olunur./News24.az


SON XƏBƏRLƏR