• Bakı 19° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Köməksiz qalan 2 nəfər xilas edildi, 1-nin meyiti tapıldı - VİDEO

HADİSƏ

16 Avqust 2024 | 12:38

Köməksiz qalan 2 nəfər xilas edildi, 1-nin meyiti tapıldı - VİDEO

Bakının Nizami və Binəqədi rayonları, həmçinin Abşeron rayonu ərazisində ümumilikdə üç ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bakıvaxtı.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər xilas edilib, bir nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026