• Bakı 24° C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

İxtisas seçimi qaydalarında yeniliklər olacaq

CƏMİYYƏT

31 Iyul 2026 | 15:56

İxtisas seçimi qaydalarında yeniliklər olacaq

Bu il ixtisas seçimi qaydalarında müəyyən yeniliklər tətbiq olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

"Yeniliklərdən biri odur ki, ötən il I ixtisas qrupunda 150 balla seçim edilə bilən 11 ixtisas var idi. Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK alt qrupuna aid idi. Bu ildən həmin siyahı genişləndirilir. Riyaziyyat- İnformatika (Rİ) alt qrupuna aid daha iki ixtisas kompüter mühəndisliyi və informasiya texnologiyaları da siyahıya əlavə olunur. Beləliklə, RI alt qrupu üzrə 150–200 bal toplayan abituriyentlər də bu ixtisaslar üzrə seçim edə biləcəklər.

II ixtisas qrupunda da dəyişiklik edilib. Təxminən 7 yeni ixtisas 150 balla seçim edilə bilən ixtisasların siyahısına daxil edilib. Həmin ixtisasların siyahısı ayrıca cədvəldə təqdim olunacaq. Beləliklə, 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanları əhəmiyyətli dərəcədə genişlənir.

III və IV ixtisas qruplarında isə dəyişiklik yoxdur. Keçən il qüvvədə olan ixtisas siyahısı bu il də saxlanılıb və əlavə olunmayıb”, DİM sədri bildirib.

O qryd edib ki, bu yeniliklər 150–200 bal toplayan abituriyentlər üçün ixtisas seçimi baxımından müsbət imkanlar yaradır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026