• Bakı 11° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

İshaq Dar bəhreynli həmkarı ilə regional məsələləri müzakirə etdi 

DÜNYA

04 Aprel 2026 | 18:26

İshaq Dar bəhreynli həmkarı ilə regional məsələləri müzakirə etdi 

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə telefonla danışıb və regional vəziyyəti müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Söhbət zamanı gərginliyin azaldılmasına təcili ehtiyac olduğu vurğulanıb, dialoq və diplomatiyanın vacibliyi önə çəkilib.

XİN rəhbərləri Yaxın Şərq və Körfəz bölgəsində sülh və sabitliyin təşviqinə yönəlmiş beş bəndlik Pakistan-Çin təşəbbüsünü xüsusi qeyd ediblər.

Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani Pakistanın bölgədə sülh və sabitliyə yönəlmiş dialoq səylərini yüksək qiymətləndirib.

Hər iki tərəf həmçinin çoxtərəfli səylər, o cümlədən BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətlər ətrafında fikir mübadiləsi aparıb və sıx əlaqədə qalmağa razılaşıblar.


SON XƏBƏRLƏR