• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Ziya Məmmədov illər sonra belə göründü - FOTO 

CƏMİYYƏT

04 Aprel 2026 | 12:46

Ziya Məmmədov illər sonra belə göründü - FOTO 

Ötən gün Gülüstan sarayında sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, toyda sabiq nazir də iştirak edərək təbriklərini çatdırıb.

İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan Z.Məmmədov çıxışında vəzifə pillələrində keçdiyi yoldan bəhs edib.

Qeyd edək ki, toyu keçirilən Elyarın atası Namiq Məmmədov (Nəriman Məmmədovun oğlu) 2020-ci ilədək Baş prokurorun böyük köməkçisi olub. O, həmin il prokurorluqda başqa vəzifəyə keçirilib, daha sonra isə işdən çıxıb. Hazırda özəl şirkətlərdən birinə rəhbərlik edir.


SON XƏBƏRLƏR