• Bakı 11° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Ərdoğan Zelenski ilə nələri müzakirə edəcək? - YENİLƏNİB

DÜNYA

04 Aprel 2026 | 15:34

Ərdoğan Zelenski ilə nələri müzakirə edəcək? - YENİLƏNİB

Türkiyəyə işgüzar səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi məsələlər bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat yayıb.

    O bildirib ki, İstanbulda keçiriləcək görüşlərdə Ukrayna ilə ikitərəfli gündəmdə olan məsələlər, regional hadisələr, həmçinin İstanbul Prosesi başda olmaqla atəşkəsin təmin edilməsi və davamlı həll yollarına yönəlmiş səylərin müzakirə olunması nəzərdə tutulur.

    ***

    14:28

    Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula səfər edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq niyyətindədir.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

    "Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqları planlaşdırılır", - o qeyd edib.

    Bununla belə, Nikiforov danışıqların gündəliyini açıqlamayıb. Lakin bəzi Ukrayna mediası qeyd edir ki, söhbət xüsusilə dron əleyhinə vasitələrə dair razılaşmalardan gedəcək.

    O əlavə edib ki, səfər çərçivəsində Ukrayna Prezidenti Konstantinopol patriarxı Varfolomeylə də görüşəcək.


    SON XƏBƏRLƏR