• Bakı 11° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Belarusdan ketçup idxalı 18 dəfə artıb

İQTİSADİYYAT

04 Aprel 2026 | 16:29

Belarusdan ketçup idxalı 18 dəfə artıb

Bu ilin yanvar ayında Azərbaycan 312,2 min ABŞ dolları dəyərində 206 ton ketçup idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 87,7 min ABŞ dolları dəyərində (1 il əvvəlkindən 25 % az) 62 ton (-31 %), Qazaxıstandan 75 min ABŞ dolları dəyərində (+44 %) 61 ton (+53 %), Türkiyədən 63 min ABŞ dolları dəyərində (-45 %) 38 ton (-46 %), Almaniyadan 56 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 24 ton (+2,2 dəfə), Belarusdan 10,3 min ABŞ dolları dəyərində (+15 dəfə) 7,4 ton (+18 dəfə) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 3 min 723 ton ketçupun 44 %-i Rusiyanın, 23 %-i Türkiyənin payına düşüb.


SON XƏBƏRLƏR